"Fənərbaxça"nın istədiyi 36 yaşlı futbolçu sürpriz tələb irəli sürdü

"Fənərbaxça" müdafiəçi transferi üçün ulduz futbolçu Leonardo Bonuççiyə təklif göndərib.

Metbuat.az xəbər verir ki, futbolçu "Fənərbaxça"da oynamağa razılıq verib. “Sabah” qəzetinin xəbərinə görə, mövsümün əvvəlində Bonuççi "Union Berlin"lə 1+1 illik müqavilə bağlayıb. Bununla belə, o öz hesabına klubdan ayrılaraq azad agent olacaq. Məlumata görə, Bonuççi "Fənərbaxça"dan illik 3 milyon avro tələb edib. "Fənərbaxça" isə 36 yaşlı təcrübəli futbolçuya 2 milyon avro məvacib təklif edib. 36 yaşlı futbolçu bu mövsüm Almaniya yığmasının heyətində 7-si Bundesliqa, 3-ü isə Çempionlar Liqasında ümumilikdə 10 matçda iştirak edib. 723 dəqiqə meydanda qalan Bounuççi bir qol vurub.

Qeyd edək ki "Fənərbaxça"da Becaonun zədələnməsi, Djikunun Afrika Millətlər Kubokunda olması, Luan Peresin meydana nə vaxt dönəcəyi ilə bağlı qeyri-müəyyənlik və Səməd Akadının başqa komandaya getmək istəməsi səbəbindən müdafiəçi axtarışları gücləndirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı