SABİNA parfümeriya və kosmetika mağazaları şəbəkəsi - "SABİNA P AND C" MMC ləğv olunduğunu elan edib.
Metbuat.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1005 Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 11 ünvanına bildirə bilərlər.
2004-cü ildə dövlət qeydiyyatına alınmış "SABİNA P AND C" MMC-nin qanuni təmsilçisi Quliyev Elmar Ramiz oğludur.