Faktiki hava açıqlandı

Hazırda Bakıda və Abşeron yarımadasında qar yağır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti davam edir. Belə ki, Şahdağ, Daşkəsən, Gədəbəy, Naftalan, Ağdam, Kəlbəcər, Laçın, Xankəndi, Xocalı, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, İsmayıllı, Zərdab, Göygöl, Yevlax, Beyləqan, İmişli, Kürdəmir, Goranboy, Mingəçevir, Şəmkir, Sabirabad, Cəfərxan, Hacıqabul, Qazıməmməd, Biləsuvar, Naftalan, Yardımlı, Lerikdə qar, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Gəncə, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Zaqatala, Neftçala, Lənkəran, Astarada isə yağış yağır.

Naxçıvan, Şərur, Daşkəsən, Şəki, Qax, Quba, Qrız, Lerikdə duman müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan Muxtar Respublikasında 2-7° isti, Aran rayonlarında 2°-dək isti, dağlıq rayonlarda 0°-yə yaxın, yüksək dağlıq ərazilərdə isə 5°-dək şaxta qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR