Xankəndi şəhərində silah-sursat tapılıb.
Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 13-14 yanvar tarixlərində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 4 ədəd qumbara, 1 ədəd avtomat silahı, 1 tapança, 2 tüfəng, 1240 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.