Hacıqabulda polisin öldüyü qəzanın təfərrüatı - VİDEO

Hacıqabul-Horadiz yolunda polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub.

Metbuat.az-ın məlumatına görə, polis nəfəri, Sabirabad rayon sakini, 1983-cü il təvəllüdlü Məmmədov Davud Rafiq oğlu "Volkswagen Touareg" markalı, "90-GD-390" dövlət qeydiyyat nömrəli avtomobillə Hacıqabul rayonundan Sabirabad istiqamətində hərəkətdə olarkən buzlu hava şəraiti ilə əlaqədar idarəetməni itirərək yoldan çıxıb. Avtomobil dəmir arakəsmələrə dəyərək yolun kənarına aşıb.

D.Məmmədov zərbənin təsirindən avtomobildən çıxaraq yolun karına düşüb və orada aldığı xəsarətlərdən ölüb. Hadisə nəticəsində avtomobildə qısaqapanma yaranıb və maşın alışıb.

Məlumata görə, D. Məmmədov uzun illərdir polis əməkdaşı işləyirmiş. D. Məmmədovun atası ötən il xəstəlikdən dünyasını dəyişib. Ata evində yaşayan polis nəfərinin 3 azyaşlı övladı qalıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı