Xalq artistindən səhifəsinin bərpası üçün pul istənildi - MƏBLƏĞ

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın 1.4 milyon izləyici sayı olan İnstaqram hesabı bilinməyən şəxs və ya şəxslər tərəfindən ələ keçirilib.

Metbuat.az xəbər verir ki, səhifəni ələ keçirən paylaşım edərək hesabı qaytarmaq üçün pul tələb edib.

Paylaşımı təqdim edirik:

"Aygün Kazımova bunu oxuyursansa, 10.000 € bitkoin üçün mənə Telegramda yazın və hesabınızı geri alacaqsınız. Mənə güvənməsəniz, ruslara sataram".

Zaur Əliyev / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı