​Səudiyyə Ərəbistanından "qaçan" Benzema haradadır?

Səudiyyə Ərəbistanının “Əl- İttihad” klubu Kərim Benzemanı heyətdə saxlamaq üçün Angel Correanı transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, klub Benzemaya heyəti gücləndirəcəyini deyib. Bildirilir ki, Benzema "Əl-İttihad"da 20 matçda 12 qol vurub, 5 məhsuldar ötürmə edib. Uğurlu oyuna baxmayaraq, “Əl-Nəssr”ə 2:5 hesablı məğlubiyyətdən sonra azarkeşlər onu tənqid ediblər. Bundan qəzəblənən Benzema sosial media hesablarını bağlayaraq ölkəni tərk edib. Bu isə Benzemanın klubdan ayrılması barədə iddiaların gündəmə gəlməsinə səbəb olub.

Bildirilir ki, indi “Əl- İttihad” rəhbərliyi Benzemanı yenidən razı salmaq üçün ona heyətini gücləndirəcəyini və yeni trasferlər edəcəyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR