Pakistan İrana çağırış etdi

Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zehra Bəluç ölkəsinin İrandala vəziyyəti gərginləşdirmək niyyətində olmadığını bildirib.

Metbuat.az xəbər verir ki, o Pakistanın İran da daxil olmaqla bütün ölkələrlə sülh münasibətləri arzuladığını vurğulayaraq, “Ancaq biz Pakistanın təhlükəsizliyinin və suverenliyinin müqəddəs olduğunu, Pakistanın özünü müdafiə etməyə hazır və istəkli olduğunu da bildirdik” deyə qeyd edib. Pakistanın həmişə dialoq yolunu seçdiyini və sülhün hökm sürməsi üçün qonşuları ilə əlaqələr qurmağa davam edəcəyini bildirən Bəluç, Pakistanın İran xalqını dost və qardaş kimi gördüyünü vurğulayıb.Vasitəçi kimi çıxış edən üçüncü tərəfin olmadığına bildirən Bəluç Pakistan və İran arasında müxtəlif rabitə kanallarının olduğunu qeyd edib.

Qeyd edək ki, İran Pakistanın Bəlucistan əyalətindəki terror təşkilatlarının düşərgələrini hədəfə aldığını açıqlamışdı. Ardınca Pakistan ordusu İranın Sistan-Bəlucistan əyalətinə hücumu etdiyini və çox sayda terrorçunun zərərsizləşdirildiyini bəyan edib. Gərginlikdən sonra Pakistan Tehrandakı səfirini geri çağırıb və Tehrana məlumat verib ki, hazırda İranda olan İranın İslamabaddakı səfiri bir müddət geri qayıtmaya bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı