Qurban Yetirmişli güclü zəlzələ ilə bağlı sakinlərə səsləndi

"İnsanlar panikaya düşməsinlər, gedib rahat yatsınlar".

Metbuat.az xəbər verir ki, bu sözləri Manşet.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. O qeyd edib ki, zəlzələ paytaxt Bakıda hiss olunmayıb:

"Zəlzələ Saatlı-Şirvan arasında hiss olunub. Dərinliyi çox olsa da, qorxulu bir şey yoxdur. İnsanlar maqnitudanın 5.1 bal gücündə olmasına görə qorxmasınlar. Bakıda külək olanda da otuzuncu mərtəbədəkilər hiss edir. Mən özüm zəlzələni hiss etmədim. İnsanlar panikaya düşməsinlər, gedib rahat yatsınlar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı