Azərbaycanda ixracı artan və azalan qeyri-neft məhsulları - SİYAHI

"Azərbaycanın qeyri-neft ixracatı 2023-cü ilin ilk 11 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 10.5 faiz artaraq 3.033 milyard dollara çatıb. Qeyri-enerji ixaracatının 33.1 faizi Rusiyanın, 24.0 faizi Türkiyənin, 9.9 faizi Gürcüstanın, 5.1 faizi İsveçrənin, 3.0 faizi Qazaxıstanın, 2.5 faizi Türkmənistanın, 2.4 faizi Ukraynanın, 2.0 faizi Birləşmiş Ərəb Əmirliyinin payına düşüb".

Metbuat.az bildirir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov qeyd edib. O bildirib ki, sözügedən dövrdə bir sıra qeyri-neft məhsullarının ixracatında artım qeydə alınıb:

"Belə ki, meyvə ixracı 22,0 faiz, təzə tərəvəz – 4,2 faiz, meyvə və tərəvəz şirələri – 38,7 faiz, meyvə və tərəvəz konservləri – 23,0 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 13,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 40,3 faiz, polipropilen – 73,6 faiz, polietilen – 32,6 faiz, sement klinkerləri – 17,6 faiz, pambıq ipliyi – 35,6 faiz, bentonit gili – 2,6 faiz artmışdır.

Bütün bunlar ilə yanaşı bəzi ixrac məhsullarımızda azalma qeydə alınıb. Həmin dövrdə kartof ixracı 9,0 faiz, şəkər – 30,5 faiz, bitki yağları – 28,7 faiz, çay – 62,2 faiz, tütün – 63,4 faiz, pambıq lifi – 9,1 faiz, emal olunmamış alüminium – 19,6 faiz, mineral gübrələr – 9,6 faiz, qara metallardan çubuqlar – 18,6 faiz, qara metallardan borular – 15,1 faiz, qara metallardan yarımfabrikatlar – 57,9 faiz azalmışdır. Göründüyü kimi, çay və tütün ixracatında daha kəskin azalma qeydə alınıb. Bu məhsulların ixracatında azalma 60 faiz üstündədir".

Deputat son olaraq qeyd edib ki, qeyri-neft ixracatının artırılması və ixracatın strukturunun şaxələndirilməsi iqtisadi prioritetlər sırasındadır. Bu baxımdan, iqtisadiyyatın diversifikasiyası, neftdən asılılığın aradan qaldırılması 2024-cü ilin də əsas iqtisadi hədəflərindədir.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı