İspaniya La Liqasının 21-ci həftəsində baş tutan “Real Madrid” - “Almeriya” oyununda Arda Gülerin meydana buraxılmaması etirazlara səbəb olub.
Metbuat.az xəbər verir ki, baş məşqçi Karlo Ançelotti Arda Güləri oyuna buraxmadığı üçün tənqid edilib. Məlumata görə, Ançelotti Ardanı isinmək üçün göndərsə də, onu meydana buraxmayıb. Ardanın Ançelottin bu qərarına narazı qalması onun üzündəki mimikadan da hiss olunub. O, formasını çıxaraq yerə atıb. Türk azarkeşlərlə yanaşı “Real Madrid” azarkeşləri də Ançelottini bu davranışına görə tənqid edib.
Qeyd edək ki, “Real Madrid” “Almeria”nı 3-2 hesabı ilə məğlub edib.