Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın bir ədəd 122 mm-lik qrad mərmisinin qalıqları olduğu müəyyən edilib.
Sursatın qalıqları XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.