“Azərbaycan QİÇS-in yayılmasına görə ən aşağı göstəricidə olan ölkədir”.
Metbuat.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova deyib.
“Biz xəstəliyin təmərküzləşmiş formada saxlanılmasına nail olmuşuq. Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9258 nəfər şəxs var ki, onlardan 69.5 faizini kişilər, 30.5 faizi qadınlardır.
Son vaxtlar QİÇS-ə yoluxanlar özləri Mərkəzə müraciət edirlər. Bu da bu sahədə aparılan tədbirlərdən biri sayılır”.
Gülbəniz Hüseynli / Metbuat.az