Bağlı qalmış 10 qəsdən adam öldürmə cinayətinin üstü açılıb - Kamran Əliyev

2023-cü ildə əvvəlki illərdən bağlı qalmış 10 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Metbuat.az-ın məlumatına görə, bunu bu gün keçirilən kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 44 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib: "2023-cü ildə daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış 10 qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Bununla da, 1 may 2020-ci ildən hazıradək isə, əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 37 qəsdən adam öldürmə cinayəti açılıb".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı