Yanvarın 27-si axşam saatlarında Bakı-Qazax-Qırmızı Körpü avtomagistiralının Ağstafa rayon Qarahəsənli kəndi ərazisindən keçən hissəsində asfalt örtüyünün buz bağlaması nəticəsində müxtəlif marka və qabaritli bir neçə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Metbuat.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.
"Hadisə ilə əlaqədar dərhal Ağstafa Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu Tağımının əməkdaşları həmin ünvana gələrək hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb, faktla bağlı araşdırmalar davam etdirilir".