Silah gəzdirən keçmiş məhkum saxlanıldı

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Anar Məmmədov saxlanılıb.

Bua barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Həmin şəxsdən nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı, 1 ədəd patron darağı və 27 ədəd patron, həmçinin 120 qrama yaxın heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR