​“Global Finance” Kapital Bank-ı mükafatlandırdı

Dünyanın nüfuzlu “Global Finance” jurnalı “Fevral 2024-Ticarət Maliyyəçisi Xüsusi Buraxılışı”nda dərc olunacaq eksklüziv sorğuya əsasən 11 qlobal, 8 regional kateqoriyada, 100-dən çox ölkə və ABŞ-ın 8 regionu üzrə “Ən Yaxşı Ticarət Maliyyəsi Təminatçısı” (“Best Trade Finance Providers”) mükafatının qaliblərini təyin edib.

Mükafatçıların sırasında ölkənin birinci bankı Kapital Bank da yer alıb. Qaliblər BAFT Assosiasiyası tərəfindən Frankfurt şəhərində keçirilən tədbirdə elan edilib.

Jurnalın redaktorlar şurası ilin qaliblərini banklar və digər provayderlərin təqdimatlarına, eləcə də sənaye analitikləri və texnologiya ekspertlərinin rəylərinə əsasən seçib. Qaliblərin qiymətləndirilməsi əməliyyatların həcmi, qlobal əhatə dairəsi, müştəri xidməti, rəqabət qabiliyyəti və innovativ texnologiyaların tətbiqi kimi meyarlara əsasən həyata keçirilib.

Qeyd edək ki, “Global Finance” jurnalı 2018-ci ildə Kapital Bank-ı Azərbaycanda “Ən Güvənli Bank” (“Safest Bank”) adına layiq görüb. 2019-cu ildə də bank “Ən Yaxşı Ticarət Maliyyəsi Təminatçısı” (“Best Trade Finance Providers”) mükafatını alıb.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 49 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk , Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc .


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı