Sabiq deputatın həbs müddəti uzadıldı

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq davam edir.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində seçilmiş qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Hakim Vüsal Qurbanov seçilmiş qətimkan tədbirinin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyini elan edərək təqdimatı təmin edib. Qərara əsasən, Bəydəmirlinin həbsdə saxlama müddəti daha 2 ay uzadılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR