Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Yanvarın 31-də ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 127, o cümlədən borclu şəxs qismində axtarışda olan 101 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı