Bakıda güclü partlayış oldu, yaralanan var - FOTO

Bakının Yasamal rayonunda yaşayış binasının qazanxasında partlayış baş verib.

Metbuat.a xəbər verir ki, hadisə İnşaatçılar prospektində qeydə alınıb.

Məlumata əsasən, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.

Partlayışın dalğasının təsirindən ətrafdakı 10-dan çox avtomobilə ziyan dəyib.

Baş verən partlayış nəticəsində bir nəfər xəsarət adığı bildirilib. Həmin şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR