​Şuşada səs verəcək seçicilərin sayı açıqlandı

Sabah ölkənin bütün əraziləri ilə yanaşı, Şuşa şəhərində də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, 2020-ci ildə işğaldan azad olunan Şuşa şəhərində 105-ci məntəqə seçkilərə tam hazırdır. Şuşa şəhər 1 nömrəli tam orta məktəbin binasında fəaliyyətə başlayan 105 saylı seçki məntəqəsində 1189 nəfər seçici qeydə alınıb. 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinə daxil olan məntəqədə seçici aktivliyi gözlənilir.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR