Rusiya mətbuatı Azərbaycandakı seçki prosesindən yazıb

Rusiyanın bir neçə media orqanı Azərbaycandakı növbədənkənar Prezident seçkiləri ilə bağlı məqalələr dərc edib.

Metbuat.az xəbər verir ki, “Vestnik Kavkaza” Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun açıqlamalarından sitatlara yer verib. Bildirilib ki, Azərbaycanın ilk dəfə olaraq beynəlxalq səviyyədə tanınmış bütün ərazilərində xalqın iradəsi əks olunur. Yazıda seçkilərin şəffaflığına da diqqət çəkilib.

“Vestnik Kavkaza” mətbuat orqanı MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvü Alena Bulqakovadan da müsahibə alıb. Xanım Bulqakova müsahibəsində Azərbaycanda 7 fevral prezident seçkilərinin yüksək səviyyədə təşkilindən bəhs edib. O, seçkilərin şəffaf və demokratik keçirilməsinə də xüsusi diqqət ayırıb.

Rusiyanın nüfuzlu “Vedomosti” nəşri də seçki prosesindən yazıb. Media orqanında Azərbaycanda bütün ölkə üzrə, o cümlədən, işğaldan azad olunmuş torpaqlarda da təşkil olunan seçki məntəqələrində səsvermə keçirildiyi xatırlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı