Klopp rədd etdi, "Barselona" bu məşqçi ilə razılığa gəldi

“Barselona” rəhbərliyinin baş məşqçi postuna gətirmək istədiyi Yurgen Klopp növbəti mövsüm məşqçilik etməyəcək.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, o istirahət etmək istəyir. Yurgen Kloppun mövqeyində qəti olduğu bildirilir. “Bild” nəşrinin məlumatına görə, Almaniya millisinin sabiq baş məşqçisi Hans-Diter Flik isə “Barselona” klubunu çalışdırmağa razılıq verib. Bildirilir ki, təyinatın reallaşması “Barselona” klubunun mövqeyindən asılıdır. Bildirilib ki, 58 yaşlı mütəxəssis artıq ispan dilini öyrənməyə başlayıb. Tərəflər arasında şifahi danışıqların aparıldığı və razılıq əldə edildiyinə dair xəbərlər dərc edilib.

Qeyd edək ki, “Barselona”nın hazırkı baş məşqçisi Xavi Ernandes mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı