Türkiyədə əhaliyə “sarı” kodla xəbərdarlıq edildi

Türkiyənin Meteorologiya Baş İdarəsi ölkənin şərqində qar uçqunu gözlədiyini bildirib.

Metbuat.az “TRT Haber”ə istinadla xəbər verir ki, Meteorologiya Baş İdarəsi Türkiyənin şərqində yerləşən 14 əyalət üçün uçqun təhlükəsinə qarşı “sarı” kodla xəbərdarlıq edib.

Uçqun riskli vilayətlər bunlardır: Ağrı, Rizə, Giresun, Trabzon, Şırnak, İğdır, Artvin, Bitlis, Ərzurum, Hakkari, Qars, Muş, Van, Ərdahan.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR