Məktəbli qız dəm qazından boğuldu

Sumqayıtda məktəbli qız dəm qazından boğulub.

Metbuat.az-ın məlumatına görə, hadisə H. Z. Tağıyev qəsəbəsində baş verib. Qəsəbə sakini, 2008-ci il təvəllüdlü Nurəliyeva Fatimə Elvin qızı yaşadığı evin həyətindəki hamamda çimərkən boğulub. F. Nurəliyeva orta məktəbin 10-cu sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı