Laportanın istədiyi məşqçi bəlli oldu - Razı salmaq üçün hər şey edir

“Barselona”nın baş məşqçi postuna əsas namizəd "Liverpul"u tərk edəcək Yurgen Kloppdur.

Metbuat.az xəbər verir ki, klub prezident Xuan Laporta Yurgen Kloppu transfer etməyə çalışsa da, məşqçi işləmək istəmir. Yurgen Kloppun istirahət etmək istədiyi deyilir. Məlumata görə, Klopp razılıq verməsə, "Barselona" “Bavariya”nın məşqçisi Tomas Tuçeli transfer etməyə çalışacaq. İddialara görə, yaxşı layihə təqdim olunarsa, Tuçel bu təklifə razılıq verəcək.

Qeyd edək ki, Xavi Hernandez mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb. Onun daha tez klubdan göndərilə biləcəyi də iddia edilir. “Barselona” Çempionlar Liqasında uğur əldə edə bilməsə istefaya göndəriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı