Xankəndidə xeyli silah-sursat aşkarlandı

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 13-də Xankəndi şəhəri ərazisində 6 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 8 ədəd müxtəlif markalı tüfəng, 7 ədəd qumbara, 4 alışdırıcı, 50 ədəd patron darağı, 1770 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR