"Real"dan üz çevirən Mbappe bu klubu istəyir - Gözlənilməz seçim

“Real Madrid”lə məvacib məsələsində razılığa gələ bilmədiyi irəli sürülən Kiliyan Mbappe ilə bağlı maraqlı iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, o, Tyerri Anri kimi “Arsenal” klubuna transfer ola bilər. “The İndependent” yazır ki, Kiliyan Mbappe üçün ən uyğun klub “Arsenal”dır. İddialara görə, Tyerri Anrinin yolunu davam etdirmək istəyən Mbappe London komandasına qoşulmaq istəyir.

Qeyd edək ki, “Real Madrid”in Kiliyan Mbappeyə təklifinin 2022-ci ildə etdiyi təklifdən az olduğu bildirilir. Buna görə Mbappenin “Real”ın təklifinə razılıq vermədiyi irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR