Mart ayının ən şanslı bürcləri - Pula pul deməyəcəklər

Mart ayında cibi “gülümsəyəcək” bürclər haqqında proqnoz açıqlanıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, mart ayı bu bürclərin dərdinə dərman kimi təsir göstərəcək.

Mart ayında Buğa bürcü üçün maliyyə baxımından kifayət qədər məhsuldar olacaq. Buğaların maddi problemlərini həll edəcək biznes imkanları ön plana çıxa bilər.

Şir bürcləri üçün də yeni iş, artan gəlir və gözlənilməz qazanc imkanları qapıdadır. Onlar xərclərini nəzarətdə saxlamaqla maddi durumlarını gücləndirə bilərlər.

Uzun müddətdir sakit mövqedə dayanan Oxatan bürcü üçün mart ayı maddi cəhətdən aktiv və gəlirli ola bilər. Yeni iş imkanları, gələcəklə bağlı planlar quraraq maddi vəziyyətlərini gücləndirə bilərlər.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı