Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Prezident İlham Əliyevə təbrik məktubu yollayıb.
Metbuat.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Banqladeş xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Qələbəniz Azərbaycan xalqının Sizin müdrik liderliyinizə olan yüksək inamını və etimadını nümayiş etdirir.
Azərbaycan və Banqladeş arasında ortaq dəyərlərə, qarşılıqlı anlaşmaya və dostluğa əsaslanan çox yaxşı ikitərəfli münasibətlər mövcuddur. Mən ikitərəfli münasibətlərimizi xalqlarımızın qarşılıqlı maraqları naminə çoxşaxəli tərəfdaşlığa çevirmək istiqamətində Sizinlə birgə işləməkdə davam etməyi səbirsizliklə gözləyirəm.
Bu fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı sülh, inkişaf və rifah arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".