​Dünyanın danışdığı məşqçi Ardanı alır

“Bayer Leverkuzen”lə tarix yazan Xabi Alonso “Real Madrid”in futbolçusu Arda Güleri transfer etməyə çalışır.

Metbuat.az xəbər verir ki, Xabi Alonsonun “Real Madrid”lə yaxşı əlaqələri olduğu vurğulanıb və “Bayer Leverkuzen”in oynadığı hücum futbolunun Arda Güler üçün cəlbedici ola biləcəyi qeyd edilib. Həmçinin, "Borussiya Dortmund" klubunun da Arda Güleri transfer etmək üçün səy göstərdiyi irəli sürülür. "Borussiya Dortmund"un Arda Güleri icarəyə götürmək üçün mövsümün sonunda “Real Madrid”lə əlaqə saxlayacağı vurğulanıb.

Qeyd edək ki, Arda Güler bu mövsüm "Real Madrid"lə 4 matça çıxıb və cəmi 89 dəqiqə meydanda olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR