Zarafat məqsədilə etdiyini deyib, peşmandır - Məktəb direktoru DANIŞDI

Ötən gün Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Bunu edənlərin Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləri olduğu iddia edilir.

Metbuat.az xəbər verir ki, hadisə ilə bağlı sözügedən məktəbin direktoru Gülər İsmayılova jurnalistlərə açıqlama verib.

O bildirib ki, hadisə yanvarın 17-si məktəbdən, dərs saatından kənar bir vaxtda baş verib:

“Deyilənə görə hadisə təqribən saat 3-dən sonra məktəb ərazisinə daxil olmayan ərazidə baş verib. Hadisədə görünən 2 nəfərdən yalnız bir nəfər bizim məktəbin 11-ci sinif şagirdidir. Digəri, videoya çəkən qonşusudur".

Direktor qeyd edib ki, həmin şagirddə indiyədək heç bir psixoloji problem müşahidə etməyiblər:

“Oxuduğu müddətdə heç bir sinif yoldaşına, digər şagirdlərə qarşı heç bir neqativ hal baş verməyib. Biz məlumatı əldə etdikdən sonra valideyn və şagird məktəbə dəvət olunub.

Psixoloq şagird ilə söhbət aparıb. Şagirdin bizə söylədiyinə görə zarafat məqsədi ilə bunu edib. Çox peşman olduğunu bildirir. Hal-hazırda hüquq mühafizə orqanları araşdırma aparır. Yəqin ki, yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək. Məktəb daxilində isə şagirdlə psixoloji söhbət aparılıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı