“Həmin günlər insan həyatı üçün itirilmiş günlər sayılır. İmmunitetin çatışmazlığı nəticəsində ciddi fəsadlar yarana bilər. Bu da insanın həyat keyfiyyətinə təsir edir”.
Metbuat.az-ın məlumatına görə, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov ölkədə yeni yayılan qrip virusunun fəsadlarına münasibət bildirərkən deyib.
“Bu virusa daha çox xroniki asmadan, bronxitdən əziyyət çəkənlər, siqaret çəkənlər xəstəliyi daha ağır keçirəcəklər. Digər xəstəlikləri olan şəxslər də risk qrupu sayılır. Beş yaşdan balaca uşaqlar, xüsusəndə bir yaşında olan uşaqlarda qrip xəstəliyi ağır keçir.Hətta ölüm halı da baş verə bilər.
Yaşı 65-dən yuxarı olan, yaşlı insanlar, hamilə qadınlar da immunitetin aşağı olduğu üçün yoluxma baş verərsə, bu arzu olunmaz nəticələrə gətirib çıxara bilər. Ümumiyyətlə, qrip və digər respirator viruslara istənilən yaşda insan yoluxa bilər”.
Gülbənizx Hüseynli / Metbuat.az