"Bayer 04" klubunun rəsmisi: "Qarabağ"ı ciddi rəqib kimi qəbul etməliyik

Bu rəqibi ciddi qəbul etməliyik və həmişə olduğu kimi diqqətli olmalıyıq.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri “Bayer 04” klubunun icraçı direktoru Fernando Karro Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a rəqib olmaları barədə danışarkən bildirib.

Funksioner Azərbaycan çempionunun pley-offda Portuqaliyanın "Braqa" komandasını mübarizədən kənarlaşdırdığını qeyd edib: "Uzun yoldur, lakin 1/8 finalı səbirsizliklə gözləyirik. "Qarabağ"la və klubdakı məsul şəxslərlə yaxın, yaxşı münasibətimiz var".

Qeyd edək ki, tərəflər arasındakı ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR