Tanınmış skautlar "Qarabağ"ın futbolçuları üçün Bakıya gəldi

Avropa Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Qarabağ" - "Braqa" matçında yaşananları hamınız gördünüz.

Metbuat.az xəbər verir ki, "köhlən atlar" Portuqaliya təmsilçisini mübarizədən kənarlaşdıraraq tarix yazdı. Oyunda yaşanan maraqlı tək maraqlı hadisə nəticənin Azərbaycan klubunun xeyrinə olması olmayıb.

Sən demə, görüşü bir sıra xüsusi qonaqlar izləyirmiş. "Fənərbaxça"nın skautlarının Olavio Juninyo üçün Bakıya gəldiyindən xəbərdarsınız. Türkiyə mətbuatı bununla bağlı məlumat yaymışdı.Offsideplus.az-ın əldə etdiyi məlumata görə, qarşılaşmanı İtaliyadan, İspaniyadan və Almaniyadan olan skautlar da izləyib. Onlar da "Qarabağ"ın futbolçuları ilə maraqlanırmış. Mənbəmizin məlumatına görə, skautların nəzərində olan futbolçular bunlar olub: Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Marko Yankoviç, Julio Romao, Leandro Andrade və Olavio Juninyo.

Yuxarıda qeyd olunan skautların futbolçuları hansı klublara təklif edəcəkləri ilə bağlı hansısa məlumat verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR