TikToker Aysun Mirişliyə hökm oxundu

Narkotik dövriyyəsində ittiham edilən "TikTok”er Aysun Mirişlinin məhkəməsi yekunlaşıb.

Metbuat.az Qafqazinfo-ya istinadən bildirir ki, Xətai Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hakim Sülhanə Hacıyeva xanım müttəhimin cəzasını həbsdə çəkməsinə zərurət görməyib.

Hökmə əsasən, A.Mirişliyə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə yaşadığı ünvanı axşam saat 23:00-dan səhər 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini işlək vəziyyətdə gəzdirmək öhdəliyi qoyulub.

Qeyd edək ki, Aysun Mirişli "TikTok”da "axundova__302_” adı ilə tanınır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı