İİV-ə yoluxmamaq üçün nə etmək lazımdır? - Nazirlik rəsmisi

“Virusa yoluxmanın qarşısını almaq üçün ilk növbədə yoluxma yolları barədə məlumatlı olmalıyıq”.

Metbuat.az-ın məlumatına görə, bu fikirləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Səbuhi Əliyev deyib.

Həkim insanlara təsadüfi, qorunmamış cinsi əlaqələrdən çəkinmək, zərərli vərdişlərdən uzaq olmaq tövsiyə edib.

“Ana bətnində yoluxmanın qarşısını almaq məqsədilə hamilə qadınların İİV-ə müayinəsi, İİV-ə yoluxan hamilələrin müalicəyə sadiqliyi tövsiyə olunur.Həmçinin, İİV-ə yoluxmanın qarşısının alınmasında təmasdan öncəki və sonrakı profilaktikanın böyük əhəmiyyəti var.

Əgər bir şəxsin İİV-ə yoluxma riski varsa, müayinələrdən keçdikdən sonra yoluxma riski mütəxəssis tərəfindən qiymətləndirilir. 72 saatdan gec olmayaraq ona təmasdan sonrakı profilaktika təyin olunur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı