Tarixi görüş: Berlində Qafqazı ikiyə bölən “divar” söküləcəkmi?

“Ermənistan və Azərbaycan xarici işlər nazirləri fevralın 28-29-da Berlində bir araya gələcək. Görüşün Almaniyanın paytaxtı Berlin şəhərində olacağı da təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, üçtərəfli görüş Almaniyanın Münhen şəhərində baş tutmuşdu. Bu mənada növbəti görüşün də Almaniyada olacağı məntiqlidir”.

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Turan Rzayev deyib. O hesab edir ki, Azərbaycan üçün indiki məqamda sülhün harada əldə edilməsinin fərqi yoxdur:

“Prosesin ən qısa zamanda bitməsi, ilkin sülh sənədinin imzalanması Bakı üçün başlıca prioritetdir. Görünən odur ki, həm Bakı, həm də İrəvan Münhen görüşündən və Almaniyanın yanaşmasından məmnun qalıb. Almaniya kanslerinin Münhen görüşünə xüsusi diqqət ayırması və tərəfləri incidəcək, narazı salacaq məqamlardan qaçması Bakının ürəyincədir. Ermənistan üçün isə görüşün Qərb ölkələrindən birində keçirilməsi vacib idi. Bu mənada XİN başçılarının Belində görüşməsi, görünür, həm də hər iki tərəfin ortaq qərarıdır”.

Politoloq hesab edir ki, görüşdə XİN başçılarının ilk növbədə Münhen görüşündə əldə edilən “sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların danışıqlarının davam etdirilməsi” məsələsini müzakirə etmələri mümkündür:

“Bundan başqa XİN başçılarının görüşlərinin ardıcıl xarakter alması, eləcə də sülh prosesi istiqamətində yol xəritəsinin daha optimal hala salınması müzakirə edilə bilər. Görüşdə ilkin sülh müqaviləsinin imzalanması və bu istiqamətdə qarşıda duran problemlərin həlli də müzakirəyə çıxarıla bilər”.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı