Ötən ilin ən çox qızıl tədarük edən ölkələri: Siyahıda Türkiyə də var

İsveçrə 2023-cü ildə 3,9 milyard dollar dəyərində Rusiya qızılı alıb.

Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, 2023-cü ildə Rusiya məhdudiyyətlərə baxmayaraq, İsveçrəyə satılan qızılın həcminə görə ilk 6-lığa daxil olub. Beləki ölkə 63,4 ton üçün 3,9 milyard dollar xərcləyib.

Ümumilikdə İsveçrə ötən il dünya bazarından 2,3 min ton qiymətli metal alıb, 2013-cü ildən bu yana maksimum 101,4 milyard dollar xərcləyib və onu 107,2 milyarda satıb. Bu Avropa ölkəsinə ən böyük qızıl tədarükçüləri ABŞ , BƏƏ və Özbəkistan olub . Alıcılar arasında ilk üçlüyə Çin, Hindistan və Türkiyə daxildir .Avropa İttifaqı (Aİ) İsveçrədən metal alış-verişə görə xeyli pul xərcləyib - 8,2 milyard dollar. Qeyd edək ki, Aİ Rusiyadan qızıl almır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı