Bərdədə 21 yaşlı oğlan dəhşətli qəza törətdi - Ölən və yaralananlar var

Bərdədə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Metbuat.az-ın məlumatına görə, hadisə rayonun Seyid Yusifli kəndi ərazisində qeydə alınıb.

2003-cü il təvəllüdlü Allahverduyev Elşən Arif oğıu idarə etdiyi “VAZ 21074” markalı avtomobili ilə Bərdə-Yevlax yolunda hərəkətdə olarkən Əliyev Səxavət Novruz oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobili ilə toqquşub. Hadisə nəticəsində hər iki sürücü, "VAZ 21074" markalı avtomobildəki sərnişin Abbasov Ömər Vüqar oğlu, "Mercedes" markalı avtomobildəki sərnişin Qasımov Elçin Natiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, “Mercedes" markalı avtomobildəki sərnişinlər – Qocayev Anar Rafiq oğlu və Qasımov Eldəniz Ələkbər oğlu hadisə yerində ölüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanıb.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR