“Qalatasaray” kubokda mübarizəni dayandırdı

Futbol üzrə Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanan sonuncu komandanın adına aydınlıq gəlib.

Metbuat.az xəbər verir ki, “Qalatasaray” doğma meydanda “Fatih Karagümrük”lə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 6-cı dəqiqədə Markos Vinisius Amaral Alves açıb. Matçın yekun nəticəsini 84-cü dəqiqədə Rian Mendes müəyyənləşdirib. “Fatih Karagümrük” növbəti mərhələdə “Trabzonspor”la, “Beşiktaş” isə “Ankaragücü” ilə qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı