İtkin düşən Rasimlə bağlı yeni xəbər

Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi bərpa edilib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, İmişli rayonunda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışı ilə bağlı Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi müvəqqəti dayandırılmışdı.

Bununla da uşağın axtarışları Biləsuvar rayonu ərazisində yekunlaşıb.

Qeyd edək ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin batması ehtimal olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı