Sensasion detal: "31 kənd və 170 kvadratmetr ərazi Azərbaycanın nəzarətinə keçib"

"Nikol Paşinyan 31 kəndin və 170 kvadratmetr ərazinin Azərbaycanın nəzarətinə (və ya əlinə) keçdiyini açıqlayıb və belə bir xəritə də paylaşıblar".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli öz sosial media hesabında edib.

Həmin paylaşıma əsasən Əziz Əlibəyli vurğulayıb ki, Ermənistan bu iddialar ilə sülh prosesinə zərbə vurmağı hədəfləyir - desək, bu, ümumi yanaşma olardı.

Bəs Paşinyan konkret nəyi hədəfləyir?

“Bunu anlamaq üçün 2 detalı bölüşmək lazımdır;

1. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri deyib ki, Fransa bizə çox modern silahlar verib. Açığı, adamın ağlına nüvə silahından başqa nəsə gəlmir. O zaman niyə 31 kənd məsələsi ortalığa atılır? Qazaxın yeddi kəndinin və Kərkinin qaytarılması ilə bağlı Azərbaycanın artan real tələblərinə adekvat cavab vermək və bununla da sülhdən qaçıb, Fransadan aldığı silahları işə salmaqdır”

Bəs 31 kəndin əsl hekayəsi nədir?

“Son müharibədən sonra GPS ilə müəyyənləşən yeni postlarımız elə zonalara düşür kı, orda mütləq erməni kəndi var: Cermux, Qafan aeroportu kimi nümunələr çoxdur.

Çünki faktiki sərhədin olmamasından istifadə edib, Azərbaycan torpaqlarını öz əraziləri kimi istifadə ediblər, indi torpağın sahibi gəlib və adamlar dünyaya car çəkirlər ki, 31 kəndimizi Azərbaycan nəzarət altına alıb”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı