"Zirə"- "Kəpəz" oyununun məkanı dəyişdirildi

Azərbaycan Premyer Liqasının XXVII turunda keçiriləcək “Zirə” – “Kəpəz” oyununun yeri dəyişdirilib.

Metbuat.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhrəmov adına Respublika Stadionunda baş tutacaq.

Belə ki, stadionun qazonunda əsaslı təmir işləri aparıldığı üçün klubun rəsmi müraciəti, eləcə də stadionun son durumunun fotoları və mütəxəssis rəyləri nəzərə alınaraq bu addım atılıb.

Görüş martın 16-sı saat 16:00-da keçiriləcək.

“Zirə” Azərbaycan Kubokunun yarımfinal oyunundan etibarən Zirə İdman Kompleksinin stadionuna qayıdacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR