“Qarabağ” bu gün “Bayer”i qəbul edəcək

Bu gün UEFA Avropa Liqasında 1/8 finalın ilk oyunları keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu mərhələyə qədər irəliləyən Azərbaycan təmsilçisi "Qarabağ" da 1/8 finalın ilk matçına çıxacaq.

Ağdam klubu Bakıda güclü "Bayer"i qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Matçı Fransadan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, "Bayer"lə "Qarabağ" Avropa Liqasının qrup mərhələsində də rəqib olublar. Komandaların Leverkuzendəki oyununda "Bayer" 5:1, Bakıdakı matçda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrupdan lider, "Qarabağ" isə 2-ci yerin sahibi kimi çıxıb.

Əlavə edək ki, komandalar arasında cavab matçı martın 14-də Almaniyada keçiriləcək.

7 mart

UEFA Avropa Liqası

1/8 finalın ilk oyunu

21:45. "Qarabağ" (Azərbaycan) - "Bayer" (Almaniya)

Hakimlər: Benoit Bastian, Hiçam Zakrani, Aurelien Bertomieu (Fransa)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı