Hövsanda avtomobil vuran şəxs ölüb

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində MİDA sosial evlərinin yaxınlığında qeydə alınıb.

Tuncay Qasımbəylinin idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil piyada 1967-ci il təvəllüdlü Şakir Müzəffərovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR