Azərbaycan boksçusu lisenziya turnirində 1/8 finala yüksəlib

Azərbaycan boksçusu Zeynəb Rəhimova İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib.

Metbuat.az xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan idmançı ardıcıl ikinci qələbəsini qazanıb.

Z.Rəhimova 1/16 finalda Aqerie Bayevi (Efiopiya) ilk raundda tam üstünlüklə məğlub edib. Bununla boksçu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya üçün bir addım da yaxınlaşıb. Rəhimova yarımfinala yüksəlməyi bacarsa, olimpiadada iştirak hüququna yiyələnəcək.

Yığma üzvü 1/8 final görüşünə martın 9-da çıxacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı