Ardıcıl 5 gün iş olmayacaq - Tarixlər

Bu gündən dünya müsəlmanlarının müqəddəs ayı olan Ramazan ayı başlayır.

Metbuat.az xəbər verir ki, Ramazan bayramının aprel ayının 10-11-nə təsadüf edəcəyi gözlənilir.

Bu məqsədlə də Baş nazir Əli Əsədovun Qərarına əsasən, Ramazan bayramında ardıcıl 5 qeyri-iş günü olacaq. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib.

Bu da o deməkdir ki, ardıcıl 5 gün - aprelin 10,11,12,13 və 14-ü iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR