Zaqatalada hərbi sursat partladı, ölən var

Zaqatalada yeniyetmə oğlanın əlində hərbi sursat partlayıb. Hadisə nəticəsində həmin şəxs həyatını itirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Metbuat.az-a bildirilib ki, martın 16-da Zaqatala rayonu ərazisində baş verib. Rayon ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı