Bakının bir sıra yollarında nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
Metbuat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. "20 Yanvar" dairəsində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
3. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;
4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;
5. Babək prospekti, mərkəz istiqamətində;
6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
7. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;
8. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər);
9. 28 may və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
13. Azadlıq prospekti, Dilarə Əliyeva küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində sıxlıq müşahidə olunur.